TOP 10

Maksim Medvedev: "Slovakiya yığmasının gücü bəlli olsa da, ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik"

Futbol
Tarix: 2019-06-10 18:44

"Macarıstanla oyunu artıq unutmuşuq. Səhvlərimizi analiz etmişik". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin kapitanı Maksim Medvedev deyib. Müdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı sabah keçiriləcək qarşılaşmanı dəyərləndirib.

 

Medvedev oyunöncəsi mətbuat konfransında matça hazır olduqlarını bildirib: "Slovakiyanın gücü bəllidi. Buna baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. İnanırıq ki, sabah uğurlu nəticə əldə edəcəyik".

 

"Qarabağ"ın üzvü azarkeşlərdən dəstək istəyib: "Azarkeşlər həmişə gəlib bizi dəstəkləyirlər. Nəticə yaxşı olmayanda narazı qalırlar. Millinin uduzmasına səbəb tapmaq istəyirlər. Onların fitə basmaq və ya istefaya səsləməklə bağlı fikirləri futbolçulara təsir etməz. Çünki bunun oyunçulara aidiyyatı yoxdu. Ən azı bunun olmasını istəməzdim".

 

Medvedev indiyə qədər legioner həyatı yaşamamasına da aydınlıq gətirib: "Karyerama peşəkar səviyyədə 16 yaşda başlamışam. Bu isə yüksək liqa üçün böyük şansdı. Rasim Kara o vaxt şans verdi və bundan istifadə etdim. Sonradan başa düşdüm ki, "Qarabağ"dan niyə getməliyəm? Çünki burda əsas heyət üzvü idim və ildən-ilə "artırırdım". İndi gənclər yığmamız Lixtenşteynə uduzduğu üçün tənqid olunur. Fikir verin, onlar klublarında əsas heyətə düşə bilmirlər. Lixtenşteyn oyunçuları ildə 40-50 oyun keçirirlər. Bizim gənclər isə oyun praktikasından əziyyət çəkirlər".

 

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da keçiriləcək. .

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB