TOP 10

Yığmalarımız son təlim-məşq toplanışına başlayıb

Güləş
Tarix: 2019-06-10 16:14

İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək. Sport24.az xəbər verir ki, oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.

Yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start verib. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçir. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir. 


Qadınlarımız isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.
 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB