TOP 10

Darmadağınla gediş, məğlubiyyətlə dönüş

Futbol
Tarix: 2019-06-10 13:16

Azərbaycan millisi 642 günlük fasilədən sonra "Bakcell Arena"ya qayıdıb. Sport24.az xəbər verir ki, bu, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 1:3 hesabıyla uduzduğumuz matçda baş verib.

 

Millimiz bunadək sonuncu dəfə 8-ci kolometr qəsəbə stadionuna ötən seçmə mərhələdə gəlmişdi. Bu, DÇ-2018-nin seçmə mərhələsində 2017-ci ilin sentyabrın 4-də San-Marino yığmasına 5:1 hesabıyla qalib gəldiyi matç idi. Bu, millimizin tarixində ən böyükhesablı qələbəsi, eyni zamanda xorvatiyalı sabiq baş məşqçimiz Robert Prosineçkinin son ev görüşü oldu. Bu mütəxəssisi millimizin baş məşqçi postunda əvəzləyən Qurban Qurbanov ötən il bütün ev matçlarını - həm yoldaşlıq görüşlərini, həm də Millətlər Liqası oyunlarını Bakı Olimpiya Stadionnda keçirdi. 

 

Bu, millimizin "Bakcell Arena"da 8-ci rəsmi matçı idi. Debüt 2013-cü iyunun 7-də Lükemburq yığmasıyla 1:1 hesabıyla nəticələnən DÇ-2014-nün qarşılaşması olub. Millimizin bu stadionda rəsmi matçlarda 2 qələbəsi, 3 heç-heçəsi, 3 məğlubiyyəti var (topların fərqi 8-11). 

 

Maraqlıdı ki, millimizin indiyədək ardıcıl ev matçlarından sonuncusu məhz "Bakcell Arena"da olub. Bu, DÇ-2014 seçmə mərhələsinə yekun vuran matçlardı. Onda Berti Foqstun yetirmələri 4 gündə Şimali İrlandiyaya 2:0 hesabıyla qalib gəlmiş, Rusiyaya 1:1 hesablı bərabərliyə qalmışdı. İndisə ardıcıl matçlar 1 gün də tezdir ki, artıq sabah Slovakiyanı qəbul edəcəyik.

 

Millimizin əcnəbi baş məşqçilərindən Bakıda rəsmi matçda debütündə qələbəyə sevinən yalnız Prosineçki olub. O, Maltaya Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabıyla qalib gəlmişdi. Braziliyalı Karlos Alberto Torreslə almaniyalı Berti Foqts geç-heçəylə başayıblar - mübafiq olaraq Uelsə 1:1 və Lixtenşteynlə 0:0. Makedoniyalı Qyoko Hacıyevski isə  mərkəzi arenada Belçikaya 0:1 hesabıyla uduzub. 

 

 

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB