TOP 10

Slovaklar "Slaviya"nın futbolçusunu da Bakıya gətirəsi olmadı

Futbol
Tarix: 2019-06-10 11:01

Slovakiya yığması AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisiylə sabahkı səfər matçına daha bir itkiylə çıxacaq. Sport24.az xəbər verir ki, rəqibin "Slaviya"da çıxış edən təcrübəli futbolçusu Miroslav Stox da Bakıya gətirilməyib.

 

Slovakia millisinin baş məşçqisi Pavel Hapal bunu profilaktiki tədbirə görə etdiklərini bildirib: "Miroslav İordaniya ilə matçda da sərəncamımda idi. O, virusa yoluxub. Bu virusun digər futbolçular arasında yayılmasını istəmədik".

 

Xatırladaq ki, Hapal İordaniyaya 5:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündən dərhal sonra 5 futbolçunu - Dominik Qreyf, Lukaş Ştetina, Martin Xrien, Samuel Mraz və Laslo Benesi heyətdən kənarlaşdırıb. 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB