TOP 10

Qara Qarayev: "Bu qədər azarkeşin qarşısında məğlub olmaq, xal qazanmamaq bir insan, vətəndaş kimi mənə də ağırdı"

Futbol
Tarix: 2019-06-09 10:59

Milli komandamızın futbolçusu Qara Qarayev AVRO 2020-nin seçmə mərhələsində  evdə Macarıstan millisinə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə matç haqda danışıb.
 

- Hansı komanda ilə oynadığımızı bilirdik. Macarıstan millsi asan bir rəqib deyil. Çətinliyini bilirdik, amma ümidimiz var idi ki, bu matçda yaxşı nəticə qazanacağıq. İlk dəqiqələrdə qol buraxdıq ki, bu da istər-istəməz rəqibin daha yaxşı oynamasına şərait yaratdı. Əlimizdən gələni etdik. İkinci hissədə hesab arasındakı fərqi azaltdıq. Amma bundan artığına gücümüz çatmadı.

 

- Meydanda sanki lider çatışmırdı, həm də qrup yox idi. Rəşad Sadıqovlu milli komanda ilə Rəşad Sadıqovsuz milli arasında fərq hiss olunur?

- Rəşad həmişə milli komandamızda önəmli futbolçulardan biri olub.  Amma bu gün bu, o yoxdur, onun yerinə oynayanlar daha pisdir deyə düşünməyə əsas verməməlidir. Rəşad yaşı ilə əlaqəli nə vaxtsa milli karyerasını bitirməli idi. Maksim də komandaya pis liderlik etmir.

 

- Səncə, Macarıstan millisindən xal almaq olardı? Olardısa, bunun üçün nə çatışmadı?

- Əslində, ümidlənmişdik. Rəqibin həqiqətən də, yaxşı futbolçuları var. Bu da matçın taleyini həll etdi. Meydana uduzmağa çıxmırıq. Biz də istəyirik ki, xal qazanaq. Amma istəsək də, alınmır.

 

- Rəqib ikinci qolu vuranda komandanın müdafiə xəttində nə baş verdi?

- Müdafiəmizin önünə ötürmə verildi, rəqib yenə də qol fürsətindən yararlandı..

 

- Bu məğlubiyyətdən 3 gün sonra Slovakiya millisi ilə görüşünüz var. vaxt da azdır. Psixoloji və fiziki cəhətdən necə hazırlaşacaqsınız?

- Hazırlaşmalıyıq, çünki başqa yolumuz yoxdur. Çıxıb, oynamalıyıq. Uduzduq, hər şey bitdi demək deyil. Bizim üçün çətindir. Bu qədər azarkeşin qarşısında məğlub olmaq, xal qazanmamaq bir insan, vətəndaş kimi mənə də ağırdı. Həmçinin komanda  yoldaşlarıma da pis təsir edir. Amma başqa nə edə bilərik?

 

- Slovakiya millisinə qalib gəlmək realdırmı?

- Bu qrup o qədər çətindi ki, zəif bizik. Bunu bəhanə üçün demirik. Amma həqiqətən də, qrupun favoriti biz deyilik, axırıncı yer üçün vuruşuruq.

 

- Bəs, qrupdakı bütün 8 oyunda məğlub olmaqdan qorxursunuz?

- Real danışaq, qəbul edək. Fikir versək, görərik ki, ilk 2 qarşılaşmada xal almağa çox yaxın olmuşuq. Son anda rəqibin ustalığı, oyunçuların keyfiyyəti nəticəni həll edir. Ona görə də, danışılacaq bir şey yoxdur.

 

- Azarkeşlərin bu gün uduzmusunuz deyə bundan sonra oyuna gəlməyəcəklərini düşünürsən?

- Azarkeşlərə xüsusilə təşəkkürümü bildirirəm. Uzun müddətdir ki, milli komandamızın matçlarında belə bir atmosfer görmürdük. Sağ olsunlar ki, bu gün bunu bizim üçün yaratdılar. Düzdür, bunun əvəzini verə bilmədik. Amma bu komanda onlarındır. Biz olduq-olmadıq, komandanın hər zaman onların dəstəyinə ehtiyyacı var.

 

 

 

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB