TOP 10

Mahir Slovakiya ilə matçda hər şeyi düzəldə biləcəklərini düşünür: "Qorxsaq, qarşıdakı matçlarda da uduzacağıq"

Futbol
Tarix: 2019-06-09 10:17

Milli komandamızın futbolçusu Mahir Emreli AVRO 2020-nin seçmə mərhələsi çərçivəsində evdə Macarıstan yığmasına 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi əvvəlcə matç haqda danışıb.

 

- Qələbə qazanmağı çox istəyirdik. Başa düşürəm, yaxşı nəticə olmayanda hamı üzülür. Amma inanın ki, biz də üzülürük. Matçdan 15 gün öncə yığışırıq, təlim-məşq toplanışı keçiririk, hazırlaşırıq və sonda belə nəticə olanda insan özünü sanki etdiyi hər şey boşa getmiş kimi hiss edir. Amma ümidimiz hələ də var. Slovakiya millisi ilə matçda hər şeyi düzəldə bilərik. Əlimizdən gələndən də artığını etməliyik.

 

- Sanki, bəzən komandada ruh hiss olunmurdu.

- Hər iki hissədə erkən qol buraxdıq. Biz də qol vurandan sonra həvəsə gəldik. İstədik 2-ci topu da vuraq. İrəliyə atıldıq, ancaq qapımızda yenə qol gördük. Düşünürəm ki, bu amil rol oynadı.

 

- Yəni, buraxdığınız qollar həvəsinizdən irəli gəlirdi...

- Ola bilər ki, belədi. Evdə çıxış etdiyimizdən istəyirdik ki, pressinq edək. Belə olan halda, haradasa boşluqlar verdik. Amma yenə də səhvlərimizdən nəticə çıxarmalıyıq, növbəti qarşılaşmalarda bunu təkararlamamlıyıq.

 

- Sizcə, Macarıstan millisindən xal almaq olardı?

- Əlbəttə. Hər iclasda bunu deyirdik. Baş məşqçimiz də deyirdi ki, bizim yaxşı şansımız var. Biz də sözün düzü, buna inanırdıq. Bəxtimiz gətirmədi.

 

- Bu məğlubiyyət Slovakiya ilə matça necə təsir edəcək?

- Bu komandanın cəmi bir oyununa baxmışıq. Hələ tam təhlil etməmişik, bundan sonra edəcəyik. Yenə də deyirəm, həvəsdən düşməməliyik. Əsl komanda ruhu burda bilinir. Ən azından nə olursa, olsun, çıxıb, öz oyunumuzu oynamalıyıq.

 

- 8 oyuna 8 məğlubiyyətdən qorxmursan?

- Qorxsaq, elə də olacaq. Qorxmamaq lazımdır. Gələn insanlara, matçı izlətən azarkeşlərə futbol həzzi yaşatmaq lazımdır. Çünki artıq futbol dəyişib. Azarkeşlər də görürlər ki, komanda çalışdı, amma nəticə olmadı. Düşünürəm ki, sadəcə, öz futbolumuzu oynamalıyıq.

     

 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB