TOP 10

Fransa Türkiyəyə uduzdu, İtaliya və Almaniyadan qələbə

Dünya Futbolu
Tarix: 2019-06-09 00:53

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə 13 qarşılaşma baş tutub. 


Azərbaycan milli komandası da bu gün turnirdə 2-ci oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstanı qəbul edib və növbəti məğlubiyyətinə üzülüb. Qrupun digər matçında isə Uels səfərdə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar bu görüşdə qələbə qazanıblar.


C qrupunda Almaniya səfərdə Belarus üzərində inamlı qələbəyə sevinib. Estoniya isə doğma meydanda Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib və meydanı məğlub tərk edib.


Turun maraqla gözlənilər qarşılaşmasında son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşıb. Hər iki komanda turnir çərçivəsində keçirdiyi iki oyunda qələbə qazanmışdı. Liderlərin duelində “ay-ulduzlular” tarixi qələbəyə imza atıblar. 


İtaliya yığması isə səfərdə Yunanıstan üzərində darmadağına sevinib.


AÇ-2020-nin seçmə mərhələsi
8 iyun


C qrupu


Estoniya – Şimali İrlandiya 1:2
Qol: Vassilyev, 25 – Vaşinqton, 77. Magennis, 80.


Belarus – Almaniya 0:2
Qol: L.Sane, 13. M.Roys, 62.


E qrupu


Xorvatiya – Uels 2:1
Qol: Laurense, 17-öz qapısına. Perişiç, 48 – Bruks, 77.


Azərbaycan – Macarıstan 1:3
Qol: Mahir Emreli, 69 – Villi Orban, 18; 53. David Holman, 71.


H qrupu


İslandiya – Albaniya 1:0
Qol: Qudmundsson, 22.


Moldova – Andorra 1:0
Qol: Armas, 8.


Türkiyə – Fransa 2:0
Qol: K.Ayhan, 30. C.Ünder, 40.


I qrupu


Rusiya – San Marino 9:0
Qol: Çevoli, 25-öz qapısına. Dzyuba, 31-pen; 73; 76; 88. Kudryaşov, 36. Mirançuk, 41. Smolov, 77; 83.


Belçika – Qazaxıstan 3:0
Qol: Mertens, 11. Kastanye, 14. Lukaku, 50.


Şotlandiya – Kipr 2:1
Qol: E.Robertson, 61. Berk, 89 – Kusulos, 87.


J qrupu


Ermənistan – Lixtenşteyn 3:0
Qol: Qazaryan, 2. Karapetyan, 18. Barseqyan, 90.


Finlandiya – Bosniya və Herseqovina 2:0
Qol: Pukki, 56; 68.


Yunanıstan – İtaliya 0:3
Qol: Barella, 23. İnsinye, 30. Bonuççi, 33.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB