TOP 10

Yurçeviç məğlubiyyətin iki əsas səbəbini göstərdi: "Slovakiyayla matçda yaxşı nəticə qazansaq, AVRO-2020-yə çıxmaq yarışında ola bilərik"

Futbol
Tarix: 2019-06-08 22:56

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına "Bakcell Arena"da 1:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə oyun haqda danışıb.

 

- İlk öncə rəqibi təbrik edirəm. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. İlk 10-15 dəqiqəyə həyəcanlı başladıq. Yaxşı oynadığımızı düşünürəm. Bəzi anlarda topa nəzarət bizdə idi. Oyunumuzda bəzi müsbət məqamlar vardı. Ancaq əsas nəticədir ki, buna görə məyusam. Bu gün əsas fərq standart vəziyyətlərlə bağlı idi. İki qolu bundan buraxdıq. Məğlubiyyətin əsas səbəblərindən biri budu. 1:2-dən sonra qolu tez buraxdıq ki, bu da məğlubiyyətin digər səbəbi idi. Nəticəyə görə məyusam. Bəxtimiz olsaydı, nəticə başqa cür olardı. 

 

- Topa nəzarətin bizdə olduğunu deyirsiniz, Geriyə ötürmələrlə topa nəzarəti nəzərdə tutursunuz?

- Meydan da yaxşı idi. Bəli, çoxlu geriyə ötürmələr vardı. Onu da nəzərə alaq ki, rəqib çox pressinq edirdi. Bu da işimizi çətinləşdirdi.

 

- Rahil Məmmədovu məcburiyyətdən meydana buraxmışdınız, yoxsa onda xüsusi bir istedad görürsünüz?

- Bug həyəcanlı idi. Onu tənqid etmək istəmirəm. Xorvatiyaya qarşı yaxşı çıxış etmişdi. Qarşıda bir matç da var. Həm də nəzərə alaq ki, müdafiənin mərkəzində bizdə böyük rəqabət yoxdu. 

 

- Oyunu isti-isti təhlil edəndə, düşünürsünüzmü ki, start heyətində hücum xəttiylə bağlı seçimdə bəzi yanlışlıqlar vardı? Yoxsa hesab edirsiniz ki, nəticəni rəqibin ustalıq səviyyəsi həll etdi?

- Belə düşünmürəm. Əlbəttə, siz medianın fikirləri fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. 

 

- Qrupumuzda ən münasib rəqib Macarıstan yığması görünürdü. Ancaq onlar da gəlib bizi öz meydanımızda məğlub etdi. Siz isə optimistsiniz. Sizcə, hansı rəqiblərdən xal ala biləcəyik?

- Əlbəttə, oyun haqda çox müsbət şey deyə bilməyəcəm. Buna görə nəticədən məyusam. Bugünkü matçı unudub növbəti qarşılaşma haqda düşünürük. 

 

- Renat Dadaşovla Dmitri Nazarovu fasilədə niyə əvəzləmədiniz? Renat ümumiyyətlə, meydanda yox idi...

- Bəli, ilk hissədə yaxşı çıxış etmədilər. Ancaq ikinci hissədə fərq oldu. Nazarov nəsə etməyə çalışırdı. İkinci hissədə oyuna daxil olanlar oyunu canlandırdı. 

 

- Bugünkü nəticədə öz səhvlərinizin payı nə qədərdi?

- Bu sualı əvvəl verilmişdi. Uduzanda hər insanın bir fikri var ki, bu da normaldı.

 

- Ramil Şeydayevi sol cinaha atmaqla onun əl-qolunu bağlamışdınız?

- Onunla bu haqda danışmışam. Rusiyada bu cinahda oynayıb, bu mövqedə çıxış etməyi xoşlayır. Bununla oyunumuzu təhlükəli etməyə çalışırdıq. Çünki iki hücumçuyla oynayırdıq. 

 

- Hansısa keyfiyyətlərimiz var ki, buna görə rəqiblərimizi qrupdqa qabaqlamalıyıq?

- Sualı tam anlamadım. Futbolda reytinq deyilən bir şey var ki, komandaların real qüvvəsini göstərir. Buna əsasən oyunlarda favorit olduğunu deyə bilərik. Ancaq buna görə əl-qolumuzu aşağı sallamayaraq, sonadək mübarizə aparmalıyıq.

 

- AFFA prezidenti Rövnəq Abdullayev milli komandayla görüşündən əvvəl qələbənin əhəmiyyətindən, AVRO-2020-ə düşməklə bağlı hədəflərdən danışmışdı. Sizcə, bu hədəf realdı?

- Hər oyunda əlimizdən gələni edirik ki, nəticə qazanaq. Ancaq ilk iki qarşılaşmada bu, alınmadı və məyusuq. Slovakiyayla matçda yaxşı nəticə qazansaq, bu yarışda ola bilərik.

 

- Artıq xeyli vaxtdı Azərbaycandasınız. Sizcə, ölkədə millini gücləndirmək üçün futbolçu potensialı varmı?

- Bəli, bizdə bəzi belə futbolçular var və indi millidə yer alıblar. Ancaq onlar çox inkişaf etməlidirlər. Millimizdə gənc futbolçular yetərincədi. İnanıram ki, onlar inkişaf etdikdən sonra Azərbaycan millisinin reytinqini qaldıracaqlar. Bundan sonra qrupda münasib rəqiblərlə düşə bilərik. 

 

- Həmin gənc futbolçulardan çoxu bu gün meydanda yox idi. Risk etmədiniz, yoxsa sizə nəticə qazanmağa sərf edən heyət bu idi?

- Onlardan Renat Dadaşov, Rahil Məmmədov, Mahir Emreli, Anton Krivotsyuk bu gün əsas heyətdə meydana çıxmışdılar. Hesab edirəm ki, bu gün 4 belə gənc futbolçunun ilk dəqiqələrdən meydanda olması yaxşı başlanğıcdı. 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB