TOP 10

Rossi millimizin oyununa qiymət verdi, hakimə söz atdı: "Ona deyərdim ki, bu, teatr, tennis deyil, futboldu"

Futbol
Tarix: 2019-06-08 22:26

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına "Bakcell Arena"da 3:1 hesablyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Bu gün tam arzuladığımız oyun deyildi. İkinci hissəyə daha yaxşı başladıq, şanslarımız daha çox oldu. 3:1-dən sonra daha ehtiyatlı oynadıq. Çünki növbəti matçı beynimizdə canlandırırdıq. 

 

- Niyə hakim sizi qovdu?

- "Texniki zona" ərazisi çox kiçikdi. Xətti oyun ərzində cəmi 2 dəfə keçmişəm. Auta etiraz etdim. Qərar xeyrimizə olmalı idi. Hakimə deyərdim ki, bu, teatr, tennis deyil, futboldu. Bu oyunun nümayəndələri emosional olur. 

 

- Azərbaycan millisi sizi hansısa mənada təəccübləndirdimi? Gözlədiyinizdən yaxşı oynadı, yoxsa pis?

- Rəqibin futbolçularının köklənməsi yaxşı idi, sonadək mübarizə aparırdılar. Eddi İsrafilovsuz taktiki dəyişikliyi düşünürdük. Sizdə sağ tərəfdən Mədətovla Abdullayevdən təhlükəli vəziyyətlər gözləyirdim. Ümumilikdə sol cinah müdafiəçimiz yaxşı oynadı. Məqsədimiz 3 xal qazanmaq idi ki, buna da nail olduq.

 

- Bugünkü oyunu izləyənlər arasında Macarıstanın baş naziri də vardı. O, matçdan sonra komandayla görüşdümü?

- Yox. Bizim federasiya rəhbərinin burda olduğunu bilirdim, Macarıstanın baş nazirinin yox. 

 

 

 

MEHMAN SÜLEYMANOV

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB