TOP 10

Bayramovla Abakarov AÇ-nin finalında

Güləş
Tarix: 2019-06-07 23:19

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib. 

 

Azər Əhmədov ilk görüşdə alman rəqibinə uduzub. Elmar Kazımov isə ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib. Sənan Əlizadə də debütdə uğursuzluqla üzləşib. Ukraynalı güləşçi sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksələn tərəf olub.

 

Turan Bayramov 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. 

 

Abubakr Abakarov da qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub.

 

Qeyd edək ki, final görüşləri iyunun 8-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

57 kq
1/8 final - Azər Əhmədov - Niklas Steşele (GER) 9:12

 

65 kq
1/8 final - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 2:1
1/4 final - Turan Bayramov - Marvane Əhməd Yezza (FRA) 3:1
1/2 final - Turan Bayramov - Nikolay Qrahmez (MDA) 3:1
FİNAL - Turan Bayramov - Müslim Səidulayev (RUS)

 

70 kq
1/8 final - Elmar Kazımov - Vasile Diakon (MDA) 4:9

 

79 kq
1/8 final - Abubakr Abakarov - İlya Xamtsov (BLR) 10:0
1/4 final - Abubakr Abakarov - Dominikas Viliusis (LTU) 11:0
1/2 final - Abubakr Abakarov - Erik Reinbok (EST) 10:0
FİNAL - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS)

 

97 kq
Təsnifat - Sənan Əlizadə - Danilo Stasiuk (UKR) 1:1*

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB