TOP 10

Jalə Əliyeva AÇ-də “bürünc”ü əldən verdi

Güləş
Tarix: 2019-06-07 21:52

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın 4-cü günündə daha 2 qadın güləşçimiz mübarizə aparıb. Ancaq onlar ilk mərhələdə uğursuzluqla üzləşib. 


Ayşən Yusifova Belarus, Jalə Əliyeva isə Moldova təmsilçisinə məğlub olub. Əliyevanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz iyunun 7-də təsəlliverici görüşə çıxıb. İtaliyalı idmançıyla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan yığmamızın üzvü qalib ayrılıb. Əliyeva axşam seansında bürünc medal uğrunda güləşib. Ukrayna təmsilçisiylə görüşün ilk hissəsini 6:0 hesabıyla öndə tamamlayan Jalə fasilədən sonra üstünlüyü əldən verərək 5-ci yerlə kifayətlənib.


53 kq
Təsnifat - Ayşən Yusifova - Viktoriya Apalonik (BLR) 0:10


62 kq
Təsnifat - Jalə Əliyeva - İrina Rinqaki (MDA) 0:2
Təsəlliverici görüş - Jalə Əliyeva - Morena De Vita (İTA) 11:10
Bürünc medal görüşü - Jalə Əliyeva - Yekaterina Zelenix (UKR) 6:9

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB