TOP 10

Ruslan Azərbaycanda 2 kluba "yox" dedi - paytaxt təmsilçisinə keçir

Futbol
Tarix: 2019-06-07 13:00

Bakının "Keşlə" klubu millimizin futbolçusu Ruslan Qurbanovun keçidində ciddi maraqlıdır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Kubokunun qalibi 28 yaşlı hücumçuyla transferlə bağlı danışıqlar aparır. Artıq növbəti həftə tərəflərin müqavilə imzalamaq üçün danışıqlar masası arxasına əyləşəcəkləri gözlənilir. 

 

Ruslan Sport24.az-a açıqlamasında "Keşlə" variantının real olduğunu bildirib: "Azərbaycanda 3 klubdan təklif almışam. Ancaq "Qəbələ" və "Zirə"nin təklif etdiyi müqavilənin maddi tərəfi mane qane etmədiyindən, danışığımız baş tutmadı. "Keşlə"də isə bu baxımdan fərqlidi və keçidim mümkündü. İnşallah, oynamaq istəyirəm. Sadəcə, legioner həyatı yaşamaq istəyim də olduğundan bu işlə məşğul olan menecerlərdən cavab gözləyirəm. Rusiya I divizion variantı bağlandı. Çünki orda çıxış etmək vətəndaşlığımı dəyişməli idim ki, buna razılıq vermədim. İndi Qazaxıstan variantı var ki, bir neçə klubla danışıqlar gedir. "Keşlə"dən 2-3 gün vaxt istəmişəm ki, bundan sonra onlara yekun cavabımı verim. Hər halda, karyeramı harda davam etdirəcəyimlə bağlı ailəmlə də məsləhətləşməliyəm". 

 

Qeyd edək ki, Ruslan son mövsümü "Səbail"də keçirərək Premyer Liqamızın bürünc medalçısı olub. 

 

 

MEHMAH SÜLEYMANOV

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB