TOP 10

Şəhanə Nəzərova bürünc medal şansını boşa verdi

Güləş
Tarix: 2019-06-06 20:33

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın 3-cü günündə qadınlar mübarizəyə qoşulub. 

 

Azərbaycandan xalça üzərinə yalnız Şəhanə Nəzərova çıxıb. Gənclər arasında debüt edən güləşçimiz ilk görüşdə parlaq qələbə qazanıb. Nəzərova 1/8 finalda bolqar həmkarını vaxtından əvvəl məğlub edib. Ancaq Şəhanə 1/4 finalda Rusiya təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz iyunun 6-da təsəlliverici görüşə çıxıb və finlandiyalı güləşçiyə yenilib.

 

50 kq
1/8 final - Şəhanə Nəzərova - Petya Zarkova Delçeva (BUL) 11:0
1/4 final - Şəhanə Nəzərova - Darya Xvostova (RUS) 0:10
Təsəlliverici görüş - Şəhanə Nəzərova - Taro Marketta Vainionpaeae (FİN) 6:8

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB