TOP 10

“DİQQƏTLİ OLUN”: “Mazda” dəli olub?

Digər
Tarix: 2019-06-06 13:08

Sirr deyil ki, ölkə idmanına bağlı insanlar yetərincə komfortluq həyat tərzi sürürlər. Daşınan və daşınmaz əmlak əldə etmək üçün də məhz bu təbəqə potensial müstəri hesab edilir. Sport24.az bu sahəyə də baş vurmağı qərara aldı. Təqdim edəcəyimiz rubrika “DİQQƏTLİ OLUN” adlanır.

 

"Mazda Azerbaijan"ın mayın 1-dən başlanan CX-9 avtomobili barədə kampaniyası narazılıqla qarşılanıb. Sport24.az xəbər verir ki, bu, xüsusən, şirkətin avtomobilin qiyməti və haqqında daha ətraflı bilgini şəxsi ismarıcda göndərməyə üstünlük verməsi ilə əlaqədardır. Üstəlik, qiymət nə az, nə çox - 84900 manat müəyyənləşdirilib.

 

Sosial şəbəkə istifadəçiləri şirkətin potensial alıcılara ətraflı məlumat verməməsini və ağlasığmaz qiyməti kəskin tənqid ediblər. Onların fikrincə, bu məbləğ hətta deputat maaşı alan vətəndaşların büdcəsinə də uyğun deyil və ona görə də avtomobillərin konkret qiyməti reklam paylaşımında bilərəkdən göstərilməyib. Hətta "Su qiymətinə" deyərək, satış məbləğini məsxərəyə qoyanlar da tapılıb. 

 

Digər narazılıq təmir xərclərinin həddən artıq olması ilə bağlıdır. Maşının sürət qutusundakı problemlərdən şikayətlənən alıcılar servis və detallarının xeyli baha olduğunu bildiriblər.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB