TOP 10

İlqar Qurbanovun yeni klubu müəyyənləşdi - 90 minlik müqavilə

Futbol
Tarix: 2019-06-05 14:18

Son iki mövsümü “Qəbələ”də keçirmiş İlqar Qurbanovun yeni klubu məlum olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı sağ cinah müdafiəçisi“Zirə”ylə prinsipial anlaşma əldə edib. Tərəflər illik 90 min manatlıq müqaviləyə razılıq veriblər.

 

Qeyd edək ki, bu, cari yay “transfer pəncərəsi”ndə “Zirə”nin “Qəbələ”dən rənglərinə qatdığı 3-cü futbolçudu. Daha əvvəl Cavid Hüseynovla Elvin Camalov da qəsəbə təmsilçisinin sıralarına qoşulub. Bundan əlavə son mövsümü “Sumqayıt”da keçirmiş Elvin Məmmədov da “Zirə”ylə müqavilə imzalayıb.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB