TOP 10

Yunanov ürəyinin səsinə qulaq asaraq "Sumqayıt"ı seçib: "Bura böyük pula gəlməmişəm, "Qəbələ"nin təklifi də qəpik-quruş deyildi, sadəcə..."

Futbol
Tarix: 2019-06-05 12:00

"Keşlə" onunla yollarını ayırandan sonra bir müddət klubsuz qaldı. Bu kluba gələnədək şərəfini qoruduğu, karyerasında ən yaxşı vaxtlarını keçirdiyi, ən çox çıxış etdiyi "Sumqayıt" da onu qaytarmaq istəyirdi, yetirməsi olduğu, Premyer Liqada ilk klubu olan "Qəbələ" də. Sonda seçimi 3,5 il uğurları üçün çalışdığı sumqayıtlıların xeyrinə etdi. Niyə belə oldu? Haqqında söhbət açdığımız 26 yaşlı hücumçu Amil Yunanov bu və digər "niyə"ərin cavabını Sport24.az-a müsahibəsində verib.

  

- İlk növbədə seçimini izah edərdin...

- "Sumqayıt"dan təklif gəldi. Oturdum, düşündüm və belə qərar verdim. Baxdım ki, komandada hər kəs məni istəyir. Baş məşqçi Ayxan Abbasovun təklifi seçimimdə əsas oldu və qəbul etdim.

 

- Bildiyimə görə, Abbasov hələ "Zirə"ni çalışdıranda, səni gözaltı edərək sərəncamında görmək istəyirmiş...

-  Elədi. "Sumqayıt"da çıxış etdiyim dövrdə də Ayxan müəllimin məni dəfələrlə istəməsi olub. Sadəcə, elə olub ki, müqaviləm olduğundan gedə bilməmişəm və ya başqa səbəblər sözünü deyib. Deməli, bu il qismətmiş.

 

- "Qəbələ" də səni qaytarmaqda çox maraqlı idi. Hətta real təklif də almışdın, oynamaq da istəyirdin. Son anda niyə fikrini dəyişdin?

- Düzdür, "Qəbələ"dən də mənə təklif gəlmişdi. Başqa söz-söhbətlər də vardı. Ancaq real təkiflər bu iki klubdan idi. Söz-söhbətlər boş şeydi, əsas real təklifdi. "Qəbələ"ni də, "Sumqayıt"ı da götür-qoy etdim. Sumqayıt təmsilçisində çıxış etməyim daha məqsədəuyğun oldu. Həm də bu komandada əvvəl oynadığımdan, mənə daha doğmadı. Üç il yarım "Sumqayıt"ın formasını geyinmişəm, uğurlu çıxış etmişəm. Fikirləşdim ki, yenidən bu komandada olmağım daha məsləhətlidi.

 

- Amma onu da nəzərə alaq ki, "Qəbələ"nin yetirməsisən. Bu klub sənə doğma deyil ki?

- Xeyr, "Qəbələ" də mənə doğmadı. Futbolda ilk addımlarımı onun akademiyasında atmışam, üzərimdə haqları olan insanlar çoxdu. Sadəcə, "Qəbələ"də az oynamışam, cəmi 1 qolum var. "Sumqayıt"da üzə düşmüşəm, ən azından Azərbaycan futboluna məni bu komanda tanıdıb. Belə deyim ki, məni bir futbolçu olaraq "Sumqayıt" üzə çıxarıb. Buna görə ora dönməyim daha məqsədəuyğundu. Məni Sumqayıtda azarkeşlər daha çox istəyirdi. Hər dəfə sosial şəbəkəylə də, başqa yollarla da olsa "Sumqayıt"a qayıtmağımla bağlı istəklərini bildirirdilər. Gördüm ki, daha çox bu komanda məni heyətində görmək istəyir. Klub rəhbərliyi, hamı məni istəyirdi və ona görə də bu seçimi etdim.

 

- Belə demək olarmı ki, "Sumqayıt"a mənəvi borcunu qaytarmaq istəyirsən?

- Əlbəttə, mənim "Sumqayıt"a da, "Qəbəılə"yə də mənəvi borcum var. "Sumqayıt"a ona görə daha çox borcum var ki, mənə çətin vaxtmda sahib çıxdı. 5-10 faiz də olsa seçimdə bu, kömək oldu. "Sumqayıt" məni zədədən sonra yavaş-yavaş oynatmağa başladı. Zəif oynadığım vaxtda da məni oynatdılar. Burda haqqı olan insanlar da var, əvvəlki baş məşqçi Samir Abasovun da rolu. O, mənə güvəndi. Hər zaman çalışacam ki, meydanda oyunumla onların haqqını geri qaytarım.

 

- Hər bir futbolçu üçün maddi şərtlər önəmlidi. "Sumqayıt"ən təklifi "Qəbələ"dən çoxmu ağır gəldi?

- Yox. Açıq deyim ki, maddi şərtlər elə də böyük rol olmadı. Düzünü deyim ki, "Sumqayıt"a böyük pula da getməmişəm. Sadəcə, insan oturub fikirləşəndə, ilk növbədə ürəyinin səsinə qulaq asır. Ürəyin nə istəyir. onu edirsən. Bu, belədi, kimsə də kənardan məsləhətə qulaq asır. Məni maddiyyat çox maraqlandırmadı. Bəli, maddiyyat futbolçu üçün böyük amildir ki, hansısa böyük problemlərini həll edirsən, futbolu fikirləşirsən. Ancaq pulu çox fikirləşmədim. "Sumqayıt"a başqa hisslərlə qayıtmışam. Çalışacam ki, hər şey daha yaxşı olsun.

 

- "Qəbələ"nin indiki çətin vaxtında maddi təklifinin necə olması maraqlıdı. Eşitdiyimə görə, heç də pis deyilmiş. Yoxsa yanılıram, qəpik-quruş idi?

- Yox, qəpik-quruş, pis deyildi. Normal təklif idi, "Sumqayıt"la fərqlənmirdi. "Qəbələ"yə hörmətsizlik çıxmasın, pis başa düşməsinlər. Ancaq "Sumqayıt"ı seçməyim daha məsləhətli idi, ürəyimdən belə gəldi.

 

- İndi peşmançılıq varmı ki, yaxşı vaxtımda niyə "Sumqayıt"dan getdim?

- Yox. İnsan yaş keçdikcə daha çox fikirləşir, daha çox kamilləşir. "Keşlə"də 1 ilik karyeram mənə çox şey öyrətdi. Futbol cəhətdən olmasa da, çox şey gördüm, faydası oldu. Həyatda hər şey qismətlə bağlıdı, belə gətirdi mənimki. Peşmançılıq keçirməyərək sadəcə, qabağa baxmaq istəyirəm. "Sumqayıt"a peşmançılıq olduğuna görə qayıtmamışam. Təkifləri ailəmlə də götür-qoy etdim və məsləhət belə oldu ki, "Sumqayıt" variantı daha yaxşıdı.

 

- "Suqmayıt"da gəncləşdirmə siyasəti olacaq, avrokuboklar qarşıya məqsəd qoyulmayacaq. Bu iddialarına nə dərəcədə uyğun gəlir?

- Elə deməzdim ki, komandada sırf gənclərdi. "Sumqayıt"da yetərincə təcrübəli futbolçular da var, gənclər də. Bu, həmişə belə olub, mən oynadığım vaxtda da. Özüm "Sumqayıt"da gənc vaxtımda çıxış etmişəm, gənclər təcrübəlilərdən nəsə öyrənib. Hər ikisinin sintezi daha yaxşı olur.

 

- "Sumqayıt" azarkeşlərinə nə söz verərdin? Yenidən həmin bombardir Amil Yunanovu görə biləcəklərmi?

- Azarkeşlərimiz məni çox sevirlər, buna şübhəm yoxdu. Bilirəm ki, orda azarkeşlərin sevgisini necə qazanmışam. Bu mövsüm çalışacam ki, ən azı əvvəlkindən yaxşı oynayaraq azarkeşlərimizi sevindirim, komandamız daha yaxşı yerlərdə olsun.

 

- Mövqeyində iranlı həmkarın Peyman Babayi yaxşı təsir bağışlayır. "Sumqayıt"ı təkbaşına finala çıxarmaqla qəhrəman oldu. Onunla rəqabət çətin olmayacaq?

- Yox. Özünüz də yaxşı bilirsiniz ki, hər mövqedə rəqabət var. Rəqabətdən də heç vaxt çəkinmirəm. Problem yoxdu, lazım gələcək ikimiz oynayacağıq. lazım da gələcək birimiz. Əsas odur ki, "Sumqayıt" üçün hər şey daha yaxşı olsun.

 

 

 

MEHMAN SÜLEYMANOV

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB