TOP 10

Sport24.az “Qarabağ”ın prezidentinin anlaşdıqlarını dediyi legionerin kimliyini müəyyənləşdirdi - Madrid "Real"ının sabiq futbolçusu

Futbol
Tarix: 2019-06-04 23:44

Bu gün “Qarabağ”ın prezidenti Abdulbari Goozal “Report”a verdiyi açıqlamada ispaniyalı hücumçuyla müqavilə imzaladıqlarını bildirsə də, futbolçunun kimliyinə aydınlıq gətirməyib. Sport24.az-ın apardığı araşdırmalar nəticəsində futbolçunun kimliyini müəyyənləşdirmək mümkün olub.

 

Söhbət İspaniya Sequndasında çıxış edən “Kordoba”nın cinah hücumçusu Xayme Romero Rodrigesdən gedir. 29 yaşlı solaxay futbolçu vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. O, sözügedən yığmada 6 görüşdə forma geyinib.

 

Karyerası ərzində İspaniyanın “Albasete”, “Qranada”, “Saraqosa”, Madrid “Real”ının B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qorumuş Xayme 2 il əvvəlki mövsümü icarə əsasında “Deportivo Luqo”da keçirib. Son çempionatda “Kordoba”nın heyətində 22 oyunda meydana çıxmış Rodriges 8 qola imza atıb.

 

Qeyd edək ki, “Qarabağ”ın sözügedən futbolçuyla anlaşması barədə xəbər həqiqəti tam əks etdirmir. Belə ki, Azərbaycan çempionu futbolçuya təklif göndərsə də, hələ ki, rəsmi müqavilə imzalanmayıb.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB