TOP 10

Azərbaycanın üç güləşçisi AÇ-nin finalında

Güləş
Tarix: 2019-06-03 23:23

Bu gün İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürüb. Sport24.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. 


Zaur Əliyev Avropa çempionatına iddialı start verib. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbəylə başa vurub. Zaur 1/4 finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdıran ilk güləşçimiz olub. Finalın bir addımlığında Gürcüstan təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 3:2 önə keçsə də, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb. Əliyev iyunun 4-də bürünc medal uğrunda güləşəcək.


Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibini cəmi 36 saniyəyə məğlub edib. Ancaq Nuriyev 1/4 finalda gürcü həmkarına yenilib. Rəqib finala yüksəldiyi üçün Zaur iyunun 4-də təsəlliverici görüşə çıxacaq.


Nəsir Həsənov debütdə Ukraynalı güləşçiylə qarşılaşıb. Həmyerlimiz 3:0 önə keçsə də, üstünlüyü əldən verərək uduzub.


Laçın Vəliyev yarışa inamlı start verib. Yığma üzvü ilk hissədə Finlandiya təmsilçisinə qalib gəlib. Laçın 1/8 finalda prinsipial qarşılaşmada erməni rəqibinə də heç bir şans tanımayaraq parlaq qələbə qazanıb. Ancaq Vəliyev 1/4 finalda Macarıstan idmançısına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Laçın da iyunun 4-də təsəlliverici görüşə çıxacaq.


Sərxan Məmmədov da ilk görüşdə ciddi problemlə üzləşməyib. O, Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib. Ancaq Məmmədov 1/4 finalda macar həmkarına məğlub olub.


55 kq
1/8 final - Zaur Əliyev - Denis Krasimirov Demirov (BUL) 9:0
1/4 final - Zaur Əliyev - Nikolay Soheyl Məhəmmədi (DEN) 12:1
1/2 final - Zaur Əliyev - Pridon Abuladze (GEO) 5:8
Bürünc medal görüşü - Zaur Əliyev - Konstantin Yonut Tudor (ROU) / Gevorq Sukiasyan (ARM)

63 kq
1/8 final - Zaur Nuriyev - Daniel Morais Kaldas (POR) 8:0
1/4 final - Zaur Nuriyev - Leri Abuladze (GEO) 0:2
Təsəlliverici görüş - Zaur Nuriyev - Gitis Kuleviçyus (LTU)

77 kq
Təsnifat - Nəsir Həsənov - Dmitri Vasetski (UKR) 3:6

87 kq
Təsnifat - Laçın Vəliyev - Juho Matias Pahikaynen (FİN) 9:0
1/8 final - Laçın Vəliyev - Hakob Baqdasaryan (ARM) 9:0
1/4 final - Laçın Vəliyev - David Losonşi (HUN) 2:7
Təsəlliverici görüş - Laçın Vəliyev - Yakob Edvard Loqaard (SWE)

130 kq
Təsnifat - Sərxan Məmmədov - Markel Albini (CZE) 12:3
1/4 final - Sərxan Məmmədov - Dariuş Atilla Vitek (HUN) 1:3

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB