TOP 10

“Neftçi” Monroz məsələsinə aydınlıq gətirdi - RƏSMİ

Futbol
Tarix: 2019-06-01 10:00

Xeyli müddətdir “Neftçi”ylə anlaşdığı bildirilən Stiven Monroz barədə klub rəsmi olaraq müqavilənin imzalandığı barədə məlumat yaymır. Məsələylə bağlı Sport24.az-a açıqlama verən “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev hər hansısa problemin olmadığını bildirdi.

 

Həmsöhbətimiz bütün detallarda ortaq məxrəcə gəlindiyini diqqətimizə çatdırdı: “Monrozla danışığımız olub. Futbolçuyla ən xırda detalları da müzakirə etmişik və bütün bəndlərdə razılığa gəlmişik. Müqavilə niyə yubanır? Deməzdim ki, yubanır. Onsuz da indi hamı istirahətdədir. “Neftçi” müqaviləni  Stivenin vəkilinə göndərib. Orda elə bir bənd yoxdu ki, razılaşdırılmasın. Hazırda futbolçunun vəkili şifahi anlaşmadakı şərtlərin rəsmi sənəddə əks olunub-olunmaması ilə tanış olur. Narahatçılığa əsas verəcək hansısa bir problem yoxdu”.

 

Qeyd edək ki, forvardın paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atacağı gözlənilir.

 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB