TOP 10

Azərbaycan DÇ-də 2 atletlə təmsil olunacaq

Digər
Tarix: 2019-05-29 11:00

İyunun 1-dən 9-na qədər Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.


Azərbaycanı dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdu.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB