TOP 10

“Neftçi” “Qəbələ”nin yarımmüdafiəçisinə təklif göndərdi

Futbol
Tarix: 2019-05-27 22:36

“Neftçi” “Qəbələ”nin yarımmüdafiəçisini istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, çempionatın gümüş mükafatçısı ölkə Kubokunun qalibini sıralarına qatmaq istəyir.

 

Söhbət 24 yaşlı Elvin Camalovdan gedir. Dayaq yarımmüdafiəçisinə “Qəbələ” yeni müqavilə təklif etsə də, Camalov böyük ehtimalla onu yetişdirən klubu tərk edəcək.

 

Hazırda futbolçu iki klub arasında seçim edir. Söhbət “Neftçi”dən daha əvvəl ona müqavilə təklif edən “Səbail”dən gedir. Ancaq Elvinin “Neftçi”nin təklifinə daha isti yanaşdığını da əlavə edək.

 

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB