TOP 10

"Tokio-2020" üçün daha 6 lisenziya xalı

Digər
Tarix: 2019-05-27 19:39

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib. Sport24.az xəbər verir ki, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Elçin Əsədov və Samir Cəbrayılov mübarizə aparıb.

Müvafiq olaraq Ukraynanın “Lviv” və Belarusun “Minsk” kontinental klublarının velosipedçiləri Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar. 


Əsədov yarışı 8-ci, Cəbrayılov isə 10-cu pillədə başa vurub. 


Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 49 lisenziya xalı qazanıb.  

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB