TOP 10

Polina Rəhimova milllimizə kömək edə bilməyəcəyinə görə üzülür: "Bu təcrübə bizə yaxşı nəticələr əldə etməyə kömək edəcək"

Voleybol
Tarix: 2019-05-27 18:00

"Bir neçə günlük Bakıda oldum. Bu müddət ərzində milli komandamızın həkimləri və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşdüm. Görüş zamanı klublardakı çıxışımdan və milli komandamızı qarşıda gözləyən yarışlardan danışdıq. Bu il yığmamızı çox güclü yarışlar gözləyir - Qızıl Avropa Liqası, Olimpiya təsnifat oyunları və Avropa çempionatı". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Polina Rəhimova bildirib. 

 

O, hazırda zədəsini müalicə etdiyini söyləyib: "Bildiyiniz kimi, böyük idman zədəsiz olmur. Təəssüflər olsun ki, mən də bu zədələr üzündən müalicə olunmalıyam. Mənim kimi millimizin bir neçə oyunçusu da zədələri üzündən komandamıza Qızıl Avropa Liqasında kömək edə bilməyəcəkl Bu səbəbdən Qızıl Avropa Liqasında mübarizə aparacaq oyunçuların əksəriyyəti gənclər olacaq".


Rəhimovanın fikrincə, Olimpiya təsnifat oyunlarında və Avropa çempionatında bizim böyük şansımız var ki, yaxşı oyun nümayiş etdirək: "Çünki, bu il oyunçularımızın əksəryyəti xarici çempionatlarda uğurlu çıxış etdilər və yaxşı oyun təcrübəsi qazandılar. Bu təcrübnin komandamıza yaxşı nəticələr əldə etmək üçün kömək edəcəyinə düşünürəm. Ən önəmlisi, hər birimiz buna inanmalıyıq".

 

Polinanın son sözü onları sevən voleybol azerkeşlərinə olub: "Demək istəyirəm ki, sdəstəyiniz bizlər üçün çox vacibdi. Və biz də sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik".

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB