TOP 10

İsrafilov üçün 45 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-05-26 17:32

Futbol üzrə İspaniya Sequndasında 39-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

 

Sözügedən kollektiv səfərdə “Almeriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ayrılıb - 0:0.

 

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Hazırda 52 xala malik “Alkorkon” 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB