TOP 10

Balotelli Fransa klubundan ayrıldı

Dünya Futbolu
Tarix: 2019-05-26 16:30

Fransanın “Olimpik” (Marsel) klubu futbolçusu Rolando ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçinin müqaviləsi mövsümün sonuna qədər idi.

 

Karyerası ərzində “Napoli”, “İnter”, “Portu” kimi klublarda çıxış edən Rolando, 2015-ci ildən “Marsel” formasını geyinirdi. O, 21 dəfə də Portuqaliya yığmasının uğurları üçün çalışıb.

 

Qış transfer dövründə “Nitsa”dan “Olimpik”ə keçən Mario Balotelli də bu klubdan ayrılıb. İtaliyalı futbolçu, sosial şəbəkə hesabında etdiyi paylaşımda, Marsel klubundan ayrıldığını deyib.

 

Mövsümün ikinci hissəsində “Olimpik”in heyətində 25 oyunda iştirak edən 28 yaşlı hücumçu, 8 qolla yadda qalıb.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB