TOP 10

TFF prezidentliyinə 5 namizəd

Dünya Futbolu
Tarix: 2019-05-26 16:00

Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə bütün namizədlər müəyyənləşib. Sport24.az xəbər verir ki, bir müddət əvvəl vəzifəsindən istefa verən Yıldırım Dəmirörənin gedişindən sonra bu post boş qalıb. Yeni prezidentin kimliyinə iyunun 1-də Ankarada keçiriləcək seçkidə aydınlıq gələcək.


Prezidentlik uğrunda beş namizəd mübarizə aparacaq. Bunlardan biri daha öncə namizədliyi açıqlayan federasiyanın vitse-prezidenti Nihat Özdəmirdi. Onunla yanaşı, Bülənt Gürkut, Durmuş Ali İlik, Vəli Olgaç və Ayhan Sağaltıcı da namizədliyini irəli sürüb.


Qeyd edək ki, 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa verib. Bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılıb.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB