TOP 10

Azərbaycan boksçularından Çexiyada 2 medal

Boks
Tarix: 2019-05-26 14:50

Çexiyada boks üzrə Usti-nad-Labem qran prisinə yekun vurulub. Sport24.az xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.


Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.


Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB