TOP 10

"Səbail" üçün Bansko

Futbol
Tarix: 2019-05-26 15:29

"Səbail"in ilk dəfə çıxış edəcəyi avrokuboklara hazırlıq üçün Azərbaycandan kənarda 3 variantı var. Sport24.az xəbər verir ki, Premyer Liqamızın son bürünc medalçısı Türkiyə, Sloveniya və Bolqarıstan variantlarından sonuncunu reallaşdırmaq fikrindədir.

 

Belə ki, "dənizçilər" orda hazırlıq keçəcək komandaların, yoxlama oyunları üçün seçə biləcəkləri rəqiblərin gücünə görə Bolqarıstan variantı ilə bağlı müsbət qərar verməyə çox yaxındı. Təsadüfi deyil ki, "Səbail" bu məqsədlə nümayəndəsi - əsas komandanın meneceri Fərəc Əliyevi həmin ölkəyə göndərib.

 

Onu da bildirək ki, Avroliqadakı təmsilçimiz Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçməyi planlaşdırır. Əliyev artıq həmin məkanda olaraq vəziyyətlə yerində tanış olur və növbəti həftənin əvvəlində Bakıya qayıdaraq klub rəhbərliyinə, baş məşqçiyə məlumat verəcək. 

 

"Səbail" Ramazan ayı bitəndən sonra - iyunun 7-də bir araya gəlmək fikrindədi. Hazırlığın ilk mərhələsi paytaxtda, klubun Bayıldakı bazasında olacaq. Xaricə təlim-məşq toplanışına yollanma vaxtı viza, bilet məsələlərinin həllindən, rəqiblərin nə vaxt ora gələcəyindən asılı olacaq. Həmin ölkəyə birbaşa reyslə yollanmağı düşünən Aftandil Hacıyevin komandası iyunun ikinci yarısından iyulun ilk günlərinə kimi xaricdə hazırlıq keçəcək. "Səbail" iyunun 19-da baş tutacaq püşkə görə Avroliqadakı debüt matçını səfərdə keçirməli olarsa, birbaşa həmin ölkəyə yollanmaq variantıyla bağlı təşkilatı məsələrin həllini də götür-qoy edir. 

 

Qeyd edək ki, ötən il yay toplanışını Türkiyənin paytaxtı Ankara yaxınlığında keçən "Səbail"in bu dəfə üz tutmaq fikrində olduğu Bansko şəhəri Pirin dağlarının ətəyində yerləşərək dəniz səviyyəsindən 936 metr hündürlükədi. 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB