TOP 10

"Ayxan Abbasovun baş məşqçi vəzifəsində qalması qərarıma çox təsir edəcək"

Futbol
Tarix: 2019-05-26 13:18

"Sumqayıt"la müqaviləm bitib. Klubdan cavab gözləyirəm, deyiblər ki, növbəti həftənin 2-3-cü günü futbolçularla danışıqlar olmalıdı. Görək, nə qərar veriləcək. Buna uyğun hərəkət edəcəyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Əfran İsmayılov bildirib. 

 

30 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, son mövsümü keçirdiyi klubda çıxışını davam etdirməsi baş məşqçi Ayxan Abbaosvun postunda qalmasından çox asılı olacaq: "Baş məşqçi amili mənim üçün əsasdı. Ayxan Abbasovum qərarını gözləyirik, rəhbərliyin də fikri bizim üçün önəmlidi. Ayxan müəllimin vəifəsində qalması qərarıma çox təsir edəcək. Hərtərəfli fikirləşərək qərarımı verəcəm".

 

Əfran başqa klublardan real təkliflərinin olduğunu diqqətimizə çatdırıb: "Bu, həqiqətən var. İki klubdan təklif almışam. Ancaq konkret danışmaq istəmirəm. Çünki baş məşqçimizin qərarını gözləyirəm. İstəmirəm ki, başımdan yuxarı addım atım. Mənimlə maraqlanan klublar zəng edirlər, danışırıq, şərtlərimi deyirəm. Əsas məsələ bunlarla razılaşmalarıdı. Ancaq birinci qərarım "Sumqayıt"la bağlı olacaq. Burdakı vəziyyəti tam biləndən, klub rəhbərliyinin, baş məşqçinin nə qərar verdiyini öyrənəndən sonra buna uyğun addım atacam. "Sumqayıt"da çox əziyyətimiz olub. Bu 1 ildə çətin vəziyyətlər gördük, ruhdan düşmədik, toparlandıq və gəlib finala çıxdıq. Bunu unutmuram və hər bir qərara hörmətlə yanaşacam".

 

 

MEHMAN SÜLEYMANOV

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB