TOP 10

"Arsenal" Bakıya 24 futbolçu gətirdi

Futbol
Tarix: 2019-05-26 11:00

"Arsenal"ın Avropa Liqasının final oyunu üçün Bakıya gətirdiyi futbolçular açıqlanıb. Sport24.az xəbər verir ki, "topçular" paytaxtımıza 24 oyunçu ilə gəlib.

 

İspaniyalı baş məşqçi Unai Emeri "Çelsi"ylə matç günü onlardan bir nəfərinin\ adını siyahıdan çıxaracaq və yekun sifariş ərizəsini UEFA-ya təqdim ediləcək. Bakıya gələn heyəti diqqətinizə çatdırırıq:

 

Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev

 

Müdafiəçilər: Loren Kosyelni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos, Karl Cenkinson, Sead Kolaşinats,

 

Yarımmüdafiəçilər: Enzli Meytlend-Naylz, Məsut Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka, Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi

 

Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi

Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB