TOP 10

Portuqaliya kubokunun qalibi bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-05-26 09:30

Futbol üzrə Portuqaliya kubokunda 2018/19 mövsümünün qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici oyunda “Sportinq” və “Portu” klubları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxt da bərabərliklə yekunlaşıb – 2:2. Bu üzdən də qalibi müyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sportinq” Portuqaliya kubokunun qalibi olub.


Bu, lissabonluların sözügedən turnirdə 17-ci belə uğuru kimi tarixə düşüb. Bu baxımdan rekordçu “Benfika”dı (26 dəfə). “Portu” isə 16 dəfə ölkə kubokunu qazanıb.


Xatırladaq ki, bu mövsüm “Sportinq” Portuqaliya Liqa Kubokunda da finalda məhz “Portu” ilə qarşılaşmış və penaltilərlə qalib gələrək, əsas mükafata sahib çıxmışdı. Portuqaliya çempionatında isə bu mövsümün qalibi “Benfika” olub.


Portuqaliya kuboku
Final

25 may


Sportinq - Portu 2:2 (penatilər 5:4)

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB