TOP 10

Amit Quluzadə mövsümün son matçında da oynamadı

Dünya Futbolu
Tarix: 2019-05-26 10:33

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - “Çelik” də sonuncu matçına çıxıb.


Sözügedən kollektiv 33-cü tur çərçivəsində doğma meydanda “Şiroki Briyeq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Amit bu görüşün iştirakçısı olmayıb. 


“Çelik” mövsümü 43 xalla 12 kollektiv arasında 7-ci pillədə başa vurub.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB