TOP 10

Millimizin düşərgəsində mövsüm meyvələri ilə "xoş gəldiniz" ziyarəti - FOTOLAR

Futbol
Tarix: 2019-05-25 21:59

Azərbaycanın U-19 yığması Qəbələdə hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, Samir Əliyevin komandası bu gün hazırlıq zamanı xoş sürprizlə üzləşib.

 

Belə ki, "Qəbələ" Futbol Akademiyasının yetirmələri Qəbələdə toplanışda olan yığmamızın məşqini ziyarət ediblər. Futbolçularımız böyük qardaşlarına mövsüm meyvələri ilə "xoş gəldiniz" deyiblər. Yığmamızın baş məşqçisi Samir Əliyev 25 nəfərlik heyətdə "Qəbələ"nin 4 futbolçusuna yer verib. Bunlar Xəyal Muradov, Samir Qurbanov, İdris İnqilablı və Məhəmməd Məhərrəmovdu. Əliyevin köməkçilərindən biri olan Emin İmaməliyevin bunadək məşqçilik karyerası "Qəbələ"ylə müxtəlif yaş qruplarından komandalarıyla bağlı olaraq son olaraq əvəzedici heyəti çalışdırıb. 

 

Qeyd edək ki, Samir Əliyevin baş məşqçisi olduğu yığmamızın Bakıda başlayan, 2 hissədən ibarət olan təlim-məşq toplanışı mayın 28-də Qəbələdə yekunlaşacaq. 

 

 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB