TOP 10

"Beşiktaş"ın prezidenti Yurçeviçə telefon açdı, təbrik etdi və ...razılığını aldı

Futbol
Tarix: 2019-05-25 20:00

Türkiyəni növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, İstanbul klubu əsas hədəflərindən biri Xorvatiyanın "Osiyek" klubunun futbolçusu Mile Şkoriçdi. 

 

Hətta "Beşiktaş"ın prezidenti Fikrət Ormanın Xorvatiya millisinə də cəlb olunmuş 28 yaşlı müdafiəçi haqda məlumat toplamaq üçün millimizin baş məşqçisi Nikola Yurçeviçə zəng vurduğu bildirilir. Vaxtı ilə "Beşiktaş"da Slaven Biliçin köməkçisi işləyən Yurçeviçi millimizə təyinatı münasibətilə təbrik edən Ormanın ondan Şkoriç barədə soruşduğu da deyilir. Müsbət fikirlər söyləyilən məhz bu telefon danışığından sonra "Beşiktaş"ın xorvatiyalı müdafiəçisi Domoqoy Vidanın da razılıq verdiyi Mileyə görə klubuyla danışıqlara başladığı söylənilir. 
 

 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB