TOP 10

Toldo Bakını fantastik şəhər sayır: "Azərbaycanın bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi etməsi möhtəşəm hadisədi"

Futbol
Tarix: 2019-05-25 18:19

Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo jurnalistlərə açıqlama verib. Sport24.az xəbər verir ki, Avropanın vitse-çempionu paytaxtımızın fantastik və müasir şəhər olduğunu bildirib: "Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir".
 

Toldo həmyerlisi Mauritsio Sarrinin baş məşqçi olduğu "Çelsi"nin şanslarını daha yüksək qiymətləndirib: "Avropa Liqasında ingilis finalı olacaq. Ümid edirəm ki, növbəti mövsüm İtaliya komandalarından hansısa biri finala vəsiqə qazanar. İndiki halda fikrimcə, "Çelsi" Sarrinin komandaya gəlişi ilə daha da güclənib. Kimin qalib gələcəyini demək çətindir. Ümid edirəm ki, "Çelsi" qələbə qazanacaq". 

 

Xatırladaq ki, "Çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda digər London təmsilçisi "Arsenal"la görüşəcək. 
 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB