TOP 10

Ouen Avroliqanın finalında "Çelsi"ni daha şanslı sayır: "Bakı ilk gəldiyim vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib"

Futbol
Tarix: 2019-05-25 18:11

Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İngiltərə milli komandasının sabiq futbolçusu Maykl Ouen jurnalistlərə açıqlama verib. Sport24.az xəbər verir ki, "Liverpul", "Real" kimi klublarda oynamış keçmiş hücumçu Bakıya çoxlu ingilis azarkeşin səfər edecəyini deyib: "Hər ikisi ingilis komandasıdır. Çoxlu ingilis fanat bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaq. Komandaların gücləri bir-birinə yaxındır, ona görə də nə isə demək çətindir. Fikrimcə, "Çelsi" bir az daha yaxşı vəziyyətdədir. Yaxşı oyun alınacaq".
 

Ouen Avropa Liqasının yox, vaxtilə çıxış etdiyi "Liverpul"un Çempionlar Liqasında "Tottenhem"lə keçirəcəyi final matçını canlı izləyəcəyini bildirib: "Əlbəttə, sevimli komandam "Liverpul"dur. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər. İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını isə televizordan izləyəcəyəm".
 

İngiltərə millisinin sabiq futbolçusu vaxtilə Bakıda olduğunu xatırladıb: "Daha əvvəl də Bakıda olmuşam, Azərbaycan milli komandasına qarşı çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib".
 

Xatırladaq ki, Maykl 2004-cü il oktyabrın 13-də Bakıda Azərbaycan və İngiltərə milliləri arasında keçirilmiş dünya çempionatının seçmə matçında yeganə qolu vurub.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB