TOP 10

"Səbail" polşalı qapıçı transfer edir

Futbol
Tarix: 2019-05-25 18:00

"Səbail" ukraynalı əsas qapıçısı Aleksandr Rıbka uzun müddətə sıradan çıxmaısndan sonra əcnəbi qolkiper axtarışını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, avrokuboklarda ilk dəfə ölkəmizi təmsil edəəck Bakı klubu polşalı əlcək sahibi Daniel Kayzerlə yaxından maraqlanır.

 

Karyerasını vətənində başlayan 27 yaşlı bu qapıçı 2017-ci ildən Bolqarıstanda legioner həyatı yaşayır. Belə ki, o, yüksək liqa təmsilçisi olan "Botev"də forma geyinərək son mövsümdə 36 matç keçirib. Plovdiv klubuyla müqaviləsi bitən Danielin sərbəst futbolçu olması "Səbail"in işinə yarayır. Sadəcə, "dənizçilər" öz büdcəsinə uyğun bu transferi həyata keçirmək istəyir, Kayzer isə öz maddi şərtlərini irəli sürməyə çalışır. Tərəflər razılıq əldə edərsə, 1 illik müqavilə imzalanması nəzərdə tutulub.

 

Rıbka ən azı 5-6 aylıq sıradan çıxdığından, "Səbail" 2 yerli qapıçının ümidinə qalıb. Bunlar gənc Elxan Əhmədovla yeni transfer, "Zirə"dən gələn təcrübəli Kamal Bayramovdu. İki qolkiperlə nəinki Avroliqaya getmək, ümumiyyətlə, yola davam etmək riskli olduğundan, daha bir qapıçının transferi nəzərdə tutulub.

 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB