TOP 10

Elmira Qəmbərovadan İtaliyada gümüş medal

Güləş
Tarix: 2019-05-25 19:00

İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı keçirilib. Sport24.az xəbər verir ki, yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb.
 

Alyona Kolesnikin Rusiya güləşçisiylə görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fənd edən rəqib sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksəlib. Elis Manolova qazax güləşçiylə görüşdə 3:0 önə keçsə də, son saniyələrdə üstünlüyü əldən verərək uduzub. Tatyana Omelçenko da bənzər aqibətlə üzləşib. Təmsilçimiz Koreya idmançısıyla qarşılaşmada 2:0 öndə olsa da, yekunda mübarizədən məyus ayrılıb.


Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova tunisli güləşçiylə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisiylə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsiylə qarşılaşan Qəmbərova məğlub olaraq gümüş medalı boynundan asıb.


Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.


57 kq
1/8 final - Alyona Kolesnik - Olqa Xoroşavtsova (RUS) 4:4*


62 kq
1/8 final - Tatyana Omelçenko - Jiae Choi (KOR) 2:6
1/8 final - Elis Manolova - Ayaulim Qasımova (KAZ) 3:5
1/4 final - Elmira Qəmbərova - Mərva Əmri (TUN) 5:3
1/2 final - Elmira Qəmbərova - Malin Yohanna Matson (SWE) 7:4
FİNAL - Elmira Qəmbərova - Anna Katerina Yohansson (SWE) 4:6

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB