TOP 10

Azərbaycan millisinin üzvü Çexiyada finala yüksəldi

Boks
Tarix: 2019-05-25 18:22

Çexiyada boks üzrə Usti-nad-Labem qran prisində yarımfinal mərhələsinin görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb.
 

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək.


Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. Yarımfinalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sezar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB