TOP 10

Stankoviç Azərbaycanda qalır - paytaxt klubuna keçəcək

Futbol
Tarix: 2019-05-25 16:00

"Qəbələ"nin müqaviləylə bağlı olan legionerlərindən Vojislav Stankoviç karyerasını Azərbaycanda davam etdirməyə çox yaxındı. Belə ki, Azərbaycan Kubokunun son qalibinin heyətində saxlamayacaq 32 yaşlı serbiyalı mərkəz müdafiəçisiylə ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" ciddi maraqlanır. 

 

Ancaq Stankoviç nəinki Premyer Liqamızın gümüş medalçısına, ümimiyyətlə, heç bir kluba sərbəst keçə bilməz. Bu da futbolçunun cari ilin sonunadək "Qəbələ"ylə müqaviləsinin olmasına görədi. Qəbələlilər Stankoviçlə anlaşmasını vaxtından əvvəl pozarsa, o, azad agent statusu alaraq başqa kluba sərbəst keçə biləcək. Əks halda kompensasiya ödənilməsi lazım gələcək ki, bütün bunlar tərəflər arasında danışıqların yekununda bilinəcək.

 

Qeyd edək ki, Vosjislavın ölkəmizdə 2005-ci iln yanvarından başlayan karyerası yalnız "Qəbələ"yə bağlı olmayıb. Belə o, ilk olaraq "İnter"ə (hazırkı "Kşelə") gələrək icarə əsasında çıxış edib. 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB