TOP 10

"Qəbələ" Cavid Hüseynovla da yollarını ayırdı - yeni klubu bəllidi

Futbol
Tarix: 2019-05-25 14:26

"Qəbələ"nin yollarını ayırdığı daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, kapitan Cavid Hüseynovla başa çatan müqavilənin müddəti uzadılmayacaq.

 

Cavidin yeni klubu da məlumdu. Belə ki, "Sabah" da daxil olmaqla 3 klubdan təklif alan 31 yaşlı mərkəz yarımmüdafiəçisi "Zirə"yə keçəcək. Tərəflər arasında rəsmi müqavilə növbəti həftə imzalanacaq. Hüseynov "Zirə"nin baş məşqçisi Samir Abasovla "İnter"də və millimizdə bir yerdə çıxış edib. Cavidin 2014-cü ildən çıxış etdiyi əyalət təmsilçisində ən böyük uğuru son mövsüm Azərbaycan Kubokunu başı üzərinə qaldırması olub. 

 

Qeyd edək ki, "Qəbələ"nin bunadək legionerlər - ukraynalı Dmitri Bezotosnı, fransalı Stiven Monroz, toqolu Lalavole Atakora və albaniyalı Sabien Lilayla yollarını ayırdığı bəlli idi. 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB