TOP 10

"Qarabağ"ın ÇL-də bütün potensial rəqibləri müəyyənləşdi

Futbol
Tarix: 2019-05-25 13:20

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) yeni mövsümündə ilk təsnifat mərhələsində bütün potensial rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, səpələnməmişlər arasında 16 komanda var. 

 

Bunlar Litvanın "Suduva", Bosniya və Herseqovinanın "Sarayevo", Maltanın "Valletta", Polşanın "Pyast", Rumıniyanın ÇFR, Macarıstanın "Ferentsvaroş", Estoniyanın "Nomme Kalyu", Çernoqoriyanın "Sutyeska", Albaniyanın "Partizani", İslanidyanın "Valyur", Şimali İrlandiyanın "Linfild", Farer adalarının "Torshavn", Latviyanın "Riqa" və Gürcüstanın "Saburtalo" klublarıdı. ÇL-də qarşıdakı mövsümdə mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq ki, bunun 4 iştirakçısı olacaq. Söhbət "Linkon Red İmps" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "Feronikeli" (Kosovo) və San-Marino çempionu olacaq. Bu mərhələnin qalibi də potensial rəqiblərimiz sırasında yer alacaq.

 

"Pünik" də bu sırada olsa da, Azərbaycanla Ermənistan UEFA bayrağı altında yarışlarda bir-birilərinə rəqib ola bilməz. Qalan 15 komanda isə səpələnmişlər arasında olan Qurban Qurbanovun yetirmələri üçün potensial rəqibdi. Onlar sırasında "Valleta"yla, "Pyast" vaxtilə "Qarabağ"la avrokuboklara görüşərək müvafiq olaraq ÇL və Avropa Liqasında uduzublar. 

 

"Qarabağ" II təsnifat mərhələsinə çıxacağı halda da səpələnmişlər arasında olacaq. Bu zaman Moldovanın "Şerif", Norveçin "Rusenborq", HİK (Finlandiya), İslandiyanın "Dandalka", İrlandiyanın "Dandalka", Lüksemburqun "Düdelanj", Makeodniyanın "Şkendiya", Uelsin "Nyu-Seynts", Slovakuyanın "Slovan", İsveçin AİK və İsrailin "Makkabi" (Tel-Əviv) klublarıdı.

 

Qeyd edək ki, ÇL-də I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də UEFA İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. İlk rəsnifat mərhələsinin matçları iyunun 9-10-da və iyulun 16-17-də keçiriləcək. 

 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB