TOP 10

Azad Rəhimov Mxitaryanın gəlməməsi barədə: “Bəlkə onun arxasınca şəxsi təyyarə göndərib iki F-16-nın müşayitəli ilə Bakıya gətirməli idik?”

Futbol
Tarix: 2019-05-25 12:26

Azad Rəhimov Mxitaryanın gəlməməsi barədə: “Bəlkə onun arxasınca şəxsi təyyarə göndərib iki F-16-nın müşayitəli ilə Bakıya gətirməli idik?” Gənclər və İdman naziri Azad Rəhimov mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçında “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın gəlməməsini şərh edib. Sport24.az xəbər verir ki, nazir bundan artıq təhlükəsizlik təminatının olmadığını bildirib. “Bundan da artıq təminat verə bilərdikmi? Bu sualı verərkən, nəyi nəzərdə tutursunuz? 100 faizdən artıq təminat? Biz ona təsəvvürlərimizdə olan təhlukəsizlik təminatı vermişik. Bundan başqa nə etməli idik?” , - Rəhimov belə deyib.

 

Sonra gənclər və idman naziri sarkazmdolu cümlə də işlədib: “bilmirəm”. O, bu barədə maraqlı tərəflərə rəsmi təminat verdiklərini də diqqətə çatdırıb: “UEFA və “Arsenal” bizdən bütün mümkün və mümkün olmayan təhlükəsizlik təminatı verən sənədləri alıblar. Şəxsən özüm Mxitaryana dövlət təminatı verən məktub imzalamışam. Eyni məzmunlu məktublar futbol assosiasiyamız və təhlükəsizliyə cavabdeh olan strukturlar tərəfindən verilib”.

 

Rəhimov Mxitaryana zəng edib-etməməsinə dair sualı da cavablandırıb: “Xeyr, məndə onun nömrəsi yoxdu. Ancaq Böyük Britaniyadakı səfirimiz futbolçuyla söhbət etmək təşəbbüsü ilə çıxış edib. Ancaq Mxitaryan bu təşəbbüsü cavabsız qoyub”.

 

Sonda nazir Bakıda keçiriləcək Avro-2020-nin 4 oyununa gəlmək istəyəcək erməni və ermənikökənli fanatlar üçün hər hansısa maneənin olub-olmayacağına da aydınlıq gətirib: “Onlardan istədiyimiz tək bir şey əvvəlcədən viza üçün müraciət etməli olmalarıdır. Bu, digər insanlardan onları fərqləndirəcək yeganə məqamdı”. (CNN)

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB