TOP 10

Mədətovun da iştirakçısı olduğu yarışmanın qalibi Messi oldu

Futbol
Tarix: 2019-05-25 12:01

Avropada "Qızıl buts"un qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, "Barselona"nın futbolçusu Lionel Messidi.

 

32 yaşlı hücumçu Avropada liqalarda yenidən ən yaxşı bombardiri olub.  Messi 2018/19 mövsümündə La Liqada 36 qol vurub. O, ən yaxın izləyicisi PSJ-nin hücumçusu Kilian Mbappeni 3 qol geridə qoyub. Fransa millisinin üzvü ölkə çempionatının son turunda dünən keçirilən "Reyms"lə matçda 1 qol vurub. Bununla da onun Messiyə çatmayacağı dəqiqləşib.

 

Bununla da Messi karyerası ərzində 6-cı dəfə bu mükafata layiq görüləcək. O, daha öncə 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18 mövsümlərində "Qızıl buts"un sahibi olub.

 

Qeyd edək ki, Premyer Liqamızda son mövsümün bombardiri 16 qolla "Qarabağ"ın hücumçusu Mahir Mədətov olub. 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB