TOP 10

UEFA prezidentindən Bakıdakı finalla bağlı dəstək, Mxitaryana cavab gəldi

Futbol
Tarix: 2019-05-25 11:48

UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib. Sport24.az xəbər verir ki, sloveniyalı funksioner həlledici matç fonunda ölkəmizdə insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirib.

 

Bunun digər Avropa ölkələrinə də aid olduğunu söyləyən qitə futbol qurumunun rəhbəri "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizlik məsələsinə görə Bakıya gəlməməsindən də danışıb: "Mxitaryanın fikirləri Fransada AVRO-2016-nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir. Terror hücumlarının hədəfində olan bu ölkədə  Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”.
 

Qeyd edək ki, Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" ilə final üçün Azərbaycana gəlməməyə qərar verib.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB