TOP 10

Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

Dünya Futbolu
Tarix: 2019-05-25 12:18

İngiltərənin “Nyukasl” klubunun irqçilik edən azarkeşi ilə bağlı yekun qərar açıqanıb. Sport24.az xəbər verir ki, mayın 4-də İngiltərə Premyer Liqası çərçivəsində keçirilmiş “Liverpul”la ev oyununda rəqib komandanın bəzi futbolçularına qarşı irqçi şüarlar səsləndirməsi sübuta yetirilən Maykl Kollins adlı fanat haqqında sərt cəza qəbul olunub.

 

Məhkəmə sözügedən şəxsin qarşıdakı 5 il ərzində heç bir stadiona buraxılmamasına qərar verib. Bundan əlavə, Kollins 550 funt-sterlinq də cərimə olunub.

 

“Nyukasl” rəhbərliyi isə həmin azarkeşlə bağlı daha sərt qərar çıxarıb. Klub rəhbərliyi onun “St James Park” arenasına girişinə ömürlük qadağa qoyub.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB