TOP 10

PSJ-dən mövsümün son matçında məğlubiyyət

Dünya Futbolu
Tarix: 2019-05-25 01:08

Futbol üzrə Fransa çempionatında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, Liqa 1-də sonuncu – 38-ci turun bütün oyunları eyni gündə keçirilib və eyni saatda start götürüb.


Çempion PSJ “Reyms” səfərinə yollanıb və mövsümü məğlub başa vurub. “Monako” “Nitsa”ya uduzub. Lion “Olimpik”i “Nim”lə qarşılaşmadan, Marsel “Olimpik”i isə “Monpelye” ilə dueldən çətin qələbəylə ayrılıb.


Beləliklə, çempion PSJ ilə yanaşı, “Lill” və Lion “Olimpik”i Fransanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib. Son iki pillədə qərarlaşan “Kan” və “Genqam” gələn mövsüm Liqa 2-də mübarizə aparacaq. 18-ci yeri tutan “Dijon”u isə elitada qalmaq üçün pley-off oyunları gözləyir.


Fransa Liqa 1
38-ci tur

24 may


Amyen – Genqam 2:1
Qol: Jirassi, 14. Qoddos, 47 – Mendi, 66.


Anje – Sent-Etyen 1:1
Qol: Moulin, 70-öz qapısına – Nordin, 64.


Kan – Bordo 0:1
Qol: Sankare, 19.


Dijon – Tuluza 2:1
Qol: Sliti, 58. Tavares, 62 – Diakite, 33.


Olimpik (Marsel) – Monpelye 1:0
Qol: Toven, 56.


Nant – Strasburq 0:1
Qol: Motiba, 60-pen.


Nitsa – Monako 2:0
Qol: Badiaşile 36-öz qapısına. Bihan, 67-pen.


Nim – Olimpik (Lion) 2:3
Qol: Ripar, 11. Bobikon, 45 – Korne, 6; 89. Ndombele, 90.


Reyms – PSJ 3:1
Qol: Baba, 36. Kafaro, 56. Çavarria, 90 – Mbappe, 59.


Renn – Lill 3:1
Qol: Nyanq, 16-pen; 71. Sarr, 59 – Remi, 35.
 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB