TOP 10

“Sabah”da yeni məşqçi təyinatları

Futbol
Tarix: 2019-05-24 18:08

“Sabah”ın əvəzedici komandasında yeni məşqçi təyinatları gerçəkləşib. Sport24.az xəbər verir ki, son mövsümdə əsas komandada çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

 

Sabiq yarımmüdafiəçi 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.


“Sabah-2”-də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə "Simurq"da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.


Xatırladaq ki, əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevdi.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB