TOP 10

"Çelsi"nin qapıçısı: "Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar"

Futbol
Tarix: 2019-05-24 16:00

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Avropa Liqasının finalında  "Arsenal"la keçiriləcək oyun haqda danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı qolkiper klubun rəsmi saytına açıqlamasında Bakıda keçiriləcək finalın maraqlı olacağını bildirib: "“Finala vəsiqə qazandığımız üçün şadıq. Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz çətin oldu. İndi son maneəni dəf etməliyik. Düşünürəm ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar. Derbi və finalda hər şey baş verə bilər. Qalib olmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

 

Xatırladaq ki, “Çelsi” “Arsenal”la mayın 29-da Bakı Olimpiya Stadionunda saat 23:00-da qarşılaşacaq.

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB