TOP 10

Millimizin üzvü: "İlk oyunun doğma meydançamızda olması bizim üçün böyük avantajdı"

Voleybol
Tarix: 2019-05-24 15:16

Voleybol üzrə kişilərdən ibarət milli komandamız Gümüş Avropa Liqasında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, ilk görüşünü mayın 25-də saat 17:00-da Voleybol MərkəzindəRumıniya millisinə qarşı keçirəcək yığmamızın üzvü Vüqar Bayramov fikirlərini bölüşüb: "Avropa Liqasına hazırlıqlarımıza ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıq. Gümüş Avropa liqasına hazırlıq ərəfəsində Gürcüstan millisi ilə yoldaşlıq görüşləri də keçirdik. Bildiyiniz kimi, 25 may tarixində Rumıniya millisi ilə görüşəcəyik. İlk oyunumuzun doğma meydançamızda olması bizim üçün böyük avantajdı. Hər zaman olduğu kimi yenə qələbə üçün meydançaya çıxacağıq. Qeyd edə bilərəm ki, bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir".

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB